Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı və Abşeron iqliminə uyğun hansı ağaclar əkilə bilər?

Bakı və Abşeron iqliminə uyğun hansı ağaclar əkilə bilər?

Tarix: 22 Oktyabr 2019 11:00

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə noyabr ayında bir gündə indiyədək görünməmiş sayda, 650 min ağac əkiləcək.

Trend-in məlumatına görə, ağacların necə əkilməsi və əkilən ağacların bitiş faizinin yüksək olması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əkinçilik üzrə mütəxəssisi Rəhim İbrahimov əkin qaydaları, üsulları, təbii şəraitə və relyefə uyğun ağac seçimləri, mütləq olaraq yerinə yetirilməsi vacib sayılan texniki göstəricilər barədə tövsiyələrlə çıxış edib.

- Abşeron yarımadasında hansı növ ağaclar əkilə bilər?

- Bakı və Abşeron yarımadasında iqlimə, yerli şəraitə uyğun badam, əncir, nar, zeytun, ərik, tut, albalı, alça, armud, heyva, iydə, püstə və s. ağaclar əkilə bilər.

- Ağacların böyüməsi və qurumaması üçün əkin prosesində nələrə diqqət yetirməlidir?

- Meyvə tinglərinin əkilməsi üçün 40 sm enində və 40 sm dərinliyində çala qazılmalı və bir-birindən 2-3 metr məsafədə əkilməlidir. Tingin ölçüsü 80-120 sm-ə qədər ola bilər. Ağac tingləri münbit torpaq və üzvi gübrə qarışığı ilə çalanın düz ortasında əkilməlidir. Mütləq suvarılma aparılmalı və gövdənin ətrafı torpaqla doldurulmalıdır. Ağac əkilən vaxtdan inkişaf dövrünə qədər sahəyə baxış keçirilməlidir. Əgər ağacın kök boğazı boşalarsa, dibi mütləq torpaqla bərkidilməlidir. Çünki ora hava daxil olar və ağac quruya bilər. Əgər ağacların yarpaqlarında saralma, gövdəsində quruma, kök sistemində zəifləmə müşahidə olunarsa bu zaman ağacın kök sistemini qüvvətləndirən, zərərvericilərə qarşı dərmanlardan istifadə etmək lazımdır.

Ağaclarda inkişaf başladıqdan sonra onların yaxşı böyüməsi, yüksək məhsuldarlıq əldə olunması üçün mütəmadi qulluq göstərilməlidir. Yay mövsümündə həftədə iki dəfə suvarma aparılmalıdır. Suvarmadan sonra isə ağacların dibləri yumşaldılmalıdır. Payız mövsümündə ağaclara üzvi və mineral gübrələr verilməlidir. Azot gübrələri isə yazda və yazın ilk yarısında verilir. Qış mövsümündə inkişaf dayandığından əlavə heç bir iş aparılmır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Bakı və Abşeron iqliminə uyğun hansı ağaclar əkilə bilər? Bakı və Abşeron iqliminə uyğun hansı ağaclar əkilə bilər? Bakı və Abşeron iqliminə uyğun hansı ağaclar əkilə bilər? Bakı və Abşeron iqliminə uyğun hansı ağaclar əkilə bilər? Bakı və Abşeron iqliminə uyğun hansı ağaclar əkilə bilər? Bakı və Abşeron iqliminə uyğun hansı ağaclar əkilə bilər? Bakı və Abşeron iqliminə uyğun hansı ağaclar əkilə bilər? Bakı və Abşeron iqliminə uyğun hansı ağaclar əkilə bilər? Bakı və Abşeron iqliminə uyğun hansı ağaclar əkilə bilər? Bakı və Abşeron iqliminə uyğun hansı ağaclar əkilə bilər? Bakı və Abşeron iqliminə uyğun hansı ağaclar əkilə bilər? Bakı və Abşeron iqliminə uyğun hansı ağaclar əkilə bilər? Bakı və Abşeron iqliminə uyğun hansı ağaclar əkilə bilər? Bakı və Abşeron iqliminə uyğun hansı ağaclar əkilə bilər?


Etiketlər:  Bakı Abşeron iqliminə uyğun hansı ağaclar əkilə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ