Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2023 07:48
"2022-ci il fevralın 28-də Belarusda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında baş tutan danışıqlarda Moskva ölmüş hərbçilərinə sahib çıxmayıb".
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov məlumat verib.
"2022-ci il fevralın 28-də Belarusda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında baş tutan danışıqlarda artıq 3 000 civarında ölmüş rusiyalı var idi. Nümayəndə heyətinə deyirəm ki, əhalinin çıxarılması məsələsində anlaşdıq, bəs sizin ölənlərinizin meyitlərini nə edəcəyik? Nümayəndə heyətinin rəhbəri (Rusiya) müdafiə nazirinin müavininə üz tutur, o isə deyir ki, "Təsdiq etmirik, 10, 20, ya da 30 ölü var". Mən də deyirəm ki, siz təsdiq etməsəniz də, üç mindir", - deyə nazir bildirib.