Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pilotlarımız hava kəşfiyyatı apararaq şərti düşmənin koordinatlarını təyin ediblər - VİDEO

Pilotlarımız hava kəşfiyyatı apararaq şərti düşmənin koordinatlarını təyin ediblər - VİDEO

Tarix: 6 May 2023 10:57

Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anadolu Qartalı - 2023" beynəlxalq taktiki-uçuş təlimi davam edir.

MN-dən Milli.Az-a verilən məlumata görə, təlimin növbəti günündə plana uyğun olaraq bazalanma aerodromundan qrup şəklində uçuşlar edən aviasiya vasitələri gündüz vaxtı müxtəlif döyüş tapşırıqları yerinə yetiriblər.

Birgə əməliyyat çərçivəsində aviasiya qrupları tərəfindən şərti düşmənin hava hücumundan müdafiə səddinin aşılması üzrə tapşırıqlar icra edilib.

Təlim zamanı pilotlar, həmçinin hava kəşfiyyatı da apararaq şərti düşmənin digər yerüstü hədəflərinin koordinatlarını təyin ediblər.

Uçuş heyətləri tərəfindən qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə həyata keçirilib.

Təlimdən sonra mühəndis-texniki heyət tərəfindən döyüş təyyarələrinə xidmət və qısa müddətdə aviasiya texnikalarının növbəti uçuşa hazırlanması üzrə tapşırıqlar da məşq etdirilib.

Milli.Az


Etiketlər:  Pilotlarımız hava kəşfiyyatı apararaq şərti düşmənin koordinatlarını təyin ediblər VİDEO


RƏYLƏR