Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2023 22:22
Bayden Texasdakı faciə ilə əlaqədar ABŞ bayraqlarının yarıya endirilməsini əmr edib.
Sonxeber.net redaktor.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
"Mən bütün hökumət binalarının və meydanların, hərbi postların və hərbi dəniz bazalarının, Kolumbiya dairəsində və ABŞ-ın bütün federal hökumət gəmilərinin üzərində ABŞ bayrağının yarıya endirilməsini əmr edirəm", - deyə Ağ Evin saytında bildirilib.
Bayraqlar 2023-cü il mayın 11-dək yarıya qədər endiriləcək.
Bayden əlavə edib ki, o, federal qurumlara hadisənin araşdırılmasında bütün lazımi dəstəyi göstərməyi tapşırıb.
Bundan əvvəl Texasda ticarət mərkəzində atışma olub. Hücum edən ölüb.