Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2023 07:04
Türkiyənin Bursa şəhərində Sənaye və Texnologiya naziri və AK Partiya Bursa namizədi Mustafa Varankın seçki maşını Xalqların Demokratik Partiyası (HDP) tərəfdarlarının hücumuna məruz qalıb.
Sonxeber.net-ın TurkicWorld-a istinadən məlumatına görə, seçki maşını ilə yanaşı onun qarşısında olan Xalq Alyansı tərəfdarları da hücumçuların hücumuna məruz qalıb.
Məlumat üçün bildirək ki, Türkiyədə Prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə prezidenti və AK Partiyanın rəhbəri Rəcəb Tayyib Ərdoğan, Memleket Partiyasının rəhbəri və 2018-ci ildə Cumhuriyyet Xalq Partiyasının rəhbər namizədi Muharrem İnce, Ata İttifaqının namizədi Sinan Oğan və CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.
Türkiyədə millətvəkili namizədlərinin siyahısı aprelin 9-da Ali Seçki Şurasına (YSK) təqdim edilib.