Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2023 12:46
Rusiya və Ukrayna sülh danışıqlarına 2023-cü ilin sonuna kimi başlaya bilər.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer deyib.
"İndi Çin sülh təşəbbüsü ilə çıxış etdiyinə görə hər şey öz yerinə düşəcək. Düşünürəm ki, ilin sonuna kimi biz danışıqlar prosesinin başlanmasından danışacağıq", - o bildirib.
Kissincerin fikrincə, indi Ukrayna böhranı dönüş nöqtəsinə yaxınlaşa bilər.