Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlham Əliyev: Heydər Əliyevə göstərilən inam Azərbaycan xalqının müdrikliyini bir daha nümayiş etdirdi

İlham Əliyev: Heydər Əliyevə göstərilən inam Azərbaycan xalqının müdrikliyini bir daha nümayiş etdirdi

Tarix: 10 May 2023 10:30

Heydər Əliyevə göstərilən inam Azərbaycan xalqının müdrikliyini bir daha göstərdi.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində söyləyib.

Heydər Əliyevin 1993-cü ilin oktyabrında böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildiyini xatırladan dövlətimizin başçısı bildirib ki, bundan sonra dərhal ciddi islahatlara başlanıldı, siyasi sahədə islahatlar aparıldı, bütün azadlıqlar təmin edildi. AXC-Müsavat cütlüyü tərəfindən tətbiq edilmiş antidemokratik senzura qaydaları ləğv edildi. Azərbaycan dünyaya açıldı, beynəlxalq təcridə son qoyuldu.

Milli.Az


Etiketlər:  İlham Əliyev Heydər Əliyevə göstərilən inam Azərbaycan xalqının müdrikliyini bir daha nümayiş etdirdi


RƏYLƏR