Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sərhəddə şiddətli atışma davam edir: Ermənistan İran dronlarından istifadə edir

Sərhəddə şiddətli atışma davam edir: Ermənistan İran dronlarından istifadə edir

Tarix: 11 May 2023 09:10

Xəbər verdiyimiz kimi, Azərbaycan-Ermənistan sərhədində toqquşmalar davam edir.

Ermənistan tərəfi Azərbaycan Ordusunun mövqelərinə zərbələr endirərkən kamikadze pilotsuz uçuş aparatlarından fəal şəkildə istifadə edir.

Bu barədə "Caliber" məlumat yayıb.

İndiyədək 5 güclü partlayışın qeydə alındığı bildirilir. Daha genişmiqyaslı zərbələrin olacağı gözlənilir. İlkin məlumatlara əsasən, söhbət İran istehsalı olan zərbə dronlarından gedir.

Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb ki, mayın 10-da Ermənistan ordusu Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutub.

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Müslüm Vidadi oğlu Mahmudlu başından ağır yaralanıb.

Mayın 11-də səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti eyni istiqamətdə daha da gərginləşdiriblər.

Ermənistan Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutur.

Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür.

Milli.Az


Etiketlər:  Sərhəddə şiddətli atışma davam edir Ermənistan İran dronlarından istifadə edir


RƏYLƏR