Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Məni yenə Azərbaycana çağırın” - Mustafa Sandal - VİDEO

“Məni yenə Azərbaycana çağırın” - Mustafa Sandal - VİDEO

Tarix: 11 May 2023 16:40

Türkiyəli müğənni Mustafa Sandal ötən gün Bakıda böyük konsert proqramı ilə çıxış edib.

Milli.Az xəbər verir ki, gecədə mahnıları ilə yanaşı sənətçi söhbətləriylə də diqqət çəkib. 

Son günlər tez-tez Bakıda konsert verən Mustafa "Bura mənim öz evim kimi oldu. İkinci evim kimi ilin bir neçə ayını burada yaşaya bilərəm" sözlərini söyləyib. 

Azərbaycan qızlarından danışan Mustafa "Dünyanın ən gözəl qızları buradadır" sözlərini deyib. 

"Aya bənzər", "Aşka yürek gerek", "İsyankar", "Jest oldu" kimi məşhur mahnılarını səsləndirən müğənni kişilərə səslənib. O bildirib ki, son illər kişilər qadınlara təriflər demirlər:

"Qadın təriflə parıldayar. Təəssüf ki, kişilər də bilmirəm niyə sakitlik başlayıb. Son vaxtlar xanımlara kişilər tərif demir".

Anşlaqla keçən konsertdə tamaşaçılar mahnıları Mustafa ilə birlikdə oxuyub və rəqs ediblər. Tədbir ifaçının məşhur "Araba" mahnısı ilə bitib. 

Milli.Az


Etiketlər:  Məni yenə Azərbaycana çağırın Mustafa Sandal VİDEO


RƏYLƏR