Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2023 11:38
Rusiyalı iş adamı Yevgeni Priqojin "Vaqner" özəl hərbi şirkətinin Ukraynadakı hərəkətləri ilə bağlı verdiyi açıqlamalardan sonra yenidən ictimaiyyətin diqqət mərkəzinə düşüb. Priqojin bildirib ki, "Vaqner" öz sursatlarından Rusiya Silahlı Qüvvələrinin mövqelərindən qaçan rus hərbçilərini vurmaq üçün istifadə edir.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, Krımskiy veter ("Krım küləyi") Telegram kanalı söhbətin səs yazısını dərc etməklə bu barədə daha ətraflı məlumat verir.
Beləliklə məlum olur ki, Putinin "aşpazı" Ukraynada cəbhəyə göndərdikləri kadrların keyfiyyətinə eyham vuraraq, Rusiya Müdafiə Nazirliyi ilə qarşıdurmanı davam etdirir.
Priqojinin ifadələrinə konkret sübut təqdim etməməsinə baxmayaraq, onun sözləri ekspertlər və sosial şəbəkələr arasında geniş müzakirələrə səbəb olub, çünki bu, əslində, hərbi cinayətin etirafı kimi səslənir.