Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur müğənni 17 yaşlı qızını göstərdi - FOTO

Məşhur müğənni 17 yaşlı qızını göstərdi - FOTO

Tarix: 15 May 2023 11:50

"Spice Girls" qrupunun keçmiş solisti Ceri Horner 17 yaşlı qızını nümayiş etdirib. Müğənni qızını ad günü münasibətilə təbrik edib və sosial şəbəkədə onunla nadir fotosunu paylaşıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Ad günün mübarək Blubell. Bu gün 17 yaşın tamam olur. Səninlə fəxr edirik. Biz səni sevirik", - o yazıb.

Qeyd edək ki, qızın atası müğənninin 2006-cı ildə bir neçə ay görüşdüyü ssenarist Saşa Cervazidir. Lakin kişi uşağın tərbiyəsində iştirak etməyib, Blubeli ögey atası, "Red Bull Racing"in rəhbəri Kristian Horner böyüdüb. Onun da öz növbəsində digər nigahdan 9 yaşlı Olivia adlı bir qızı var.

İfaçı 2015-ci ildə Kristian ilə ailə qurub və 2017-ci ildə onların bir oğlu dünyaya gəlib.

Milli.Az


Etiketlər:  Məşhur müğənni yaşlı qızını göstərdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ