Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2023 13:52
Seçkilər ikinci tura qalsa belə, Rəcəb Tayyib Ərdoğan yenidən Prezident seçiləcəkdir.
Sonxeber.net-ın TurkicWorld-a istinadən məlumatına görə, bu sözləri Türkiyənin Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici jurnalistlərə açıqlamasında bildirib.
"Seçkilər ikinci tura qalarsa, Böyük Birlik Partiyası bütün heyəti və gücü ilə prezidentliyə namizədimiz və prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləməyə davam edəcək. Ərdoğan 50 faizdən çox səs toplayaraq yenidən Prezident seçiləcək", - deyə o qeyd edib.
Xatırladaq ki, Türkiyədə mayın 14-də prezident və parlament seçkiləri keçirilib. Hazırda səslərin 99,38 %-i hesablanıb. Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğanın topladığı səslər 49,42%-ə çatıb.
Seçkilərdə Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,95 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,2%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,43% səs toplayıblar.