Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nazir yay tətili müddətinin qısaldılmasını TƏKLİF ETDİ

Nazir yay tətili müddətinin qısaldılmasını TƏKLİF ETDİ

Tarix: 16 May 2023 22:48

"Uşaqlar indi daha az məktəbə gedirlər. Məsələn, mən 10 il hər şənbə günü məktəbə getməklə indiki uşaqlardan 2 il artıq təhsil almışam".

Milli.Az Metbuat.az-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Nazirin sözlərinə görə, tədris ili nə qədər uzun olarsa, bu, uşaqların gələcəyi üçün daha yaxşı olardı:

"İnkişaf etmiş ölkələrdə tətillər yayda yox, qışdadır. Bizdə isə üç aylıq tətil müddəti var. Təhsil işçisi olaraq bildirim ki, tədris müddəti nə qədər çox olsa, o qədər yaxşı tədris olar. Fikrimcə, məktəblərdə sentyabrın 1-dən tədrisin başlaması daha uyğun olardı. Bu, sadəcə istəkdir. 3 aylıq tətildən sonra bərpa prosesi zaman alır. Bunu nəzərə almaq lazımdır. Uşaqların uzun müddət məktəbə getməməsi, tətil etməsi onların təhsili üçün yaxşı hal deyil".

Milli.Az


Etiketlər:  Nazir yay tətili müddətinin qısaldılmasını TƏKLİF ETDİ


RƏYLƏR