Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2023 10:02
Serxio Ramos PSJ-də qalacaq.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu qərarını artıq verib. O, Paris klubu ilə yayda başa çatacaq müqaviləni 2024-cü ilin iyununa qədər artıracaq.
37 yaşlı müdafiəçi bu mövsüm 42 oyunda 3 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Yayda Lionel Messi, Neymar, Marko Verratti kimi futbolçuların PSJ-ni tərk edəcəyi gözlənilir.