Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yanvar-aprel aylarında Rusiya vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlak sayı artıb

Yanvar-aprel aylarında Rusiya vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlak sayı artıb

Tarix: 18 May 2023 10:34

2023-ci ilin yanvar-aprel aylarında Rusiya vətəndaşları Türkiyədə 4 min 732 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 2 min 45 obyekt çoxdur.

Bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, bu ilin aprel ayında Rusiya vətəndaşları Türkiyədə 817 daşınmaz əmlak alıblar ki, bu da 2022-ci ilin aprel ayı ilə müqayisədə 335 obyekt azdır.

Qeyd edək ki, 2023-cü ilin aprel ayında Türkiyədə 85 min 652 mənzil satın alınıb ki, bu da 2022-ci ilin aprel ayı ilə müqayisədə 35,6 faiz azdır.

Məlumata görə, 2023-cü ilin yanvar-aprel aylarında Türkiyədə 368 min 867 mənzil satın alınıb.

"Bu göstəricilər 2022-ci ilin eyni dövrü ilə müqayisədə 18,6 faiz azdır", - deyə nazirlikdən qeyd edilib.

2023-cü ilin aprel ayında Türkiyədə xarici vətəndaşlara 2 min 557 mənzil satılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 60,3 faiz azdır.

Eyni ilin yanvar-aprel aylarında əcnəbi vətəndaşlar Türkiyədən 13 min 483 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 35,1 faiz azdır.


Etiketlər:  Yanvar aprel aylarında Rusiya vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlak sayı artıb


RƏYLƏR