Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tuğda meşədə erməni hərbi qüvvələrinə məxsus xeyli partlayıcı vasitə tapıldı - FOTO

Tuğda meşədə erməni hərbi qüvvələrinə məxsus xeyli partlayıcı vasitə tapıldı - FOTO

Tarix: 19 May 2023 13:02

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tərk edilmiş mövqelərdən erməni hərbi qüvvələrinə məxsus partlayıci vasitələr aşkar edilib.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, polis əməkdaşları rayonun Tuğ kəndindəki meşə massivində 52 ədəd müxtəlif növ mərmi və 14000 ədəd avtomat patronu aşkar edərək Minatəmizləmə Agentliyinə təhvil verib.

Milli.Az


Etiketlər:  Tuğda meşədə erməni hərbi qüvvələrinə məxsus xeyli partlayıcı vasitə tapıldı FOTO


RƏYLƏR