Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xarici taksi şirkətləri cəsusluq edir? - VİDEO

Xarici taksi şirkətləri cəsusluq edir? - VİDEO

Tarix: 19 May 2023 18:00

Beynəlxalq taksi şirkətləri Azərbaycan qanunvericiliyini pozur.

Xezerxeber.az xəbər verir ki, söhbət bu şirkətlərin xidmətlərindən istifadə edərkən müştərilərin qeydiyyat zamanı təqdim etdiyi fərdi məlumatların ölkə xaricində yerləşən məlumat bazalarında toplanmasından gedir.

Azərbaycanda mövcud olan "fərdi məlumatlar haqqında qanun"a əsasən isə həmin informasiyanın ölkə xaricinə çıxarılması yolverilməzdir.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Orucov "Xəzər Xəbər"ə bildirir ki, məsələ ilə bağlı taksi şirkətləri ilə görüş keçirilib. Şirkətlərə qanunun tələblərinə riayət edilməsinin vacibliyi çatdırılıb.

Bəs taksidan istifadə edənlər bu haqda nə düşünür?

"Xəzər Xəbər" məsələylə bağlı taksi şirkətlərindən birinin mövqeyini öyrənib."

Şirkətdən bildirildi ki, onlar müştəridən xüsusi qorunmalı olan hansısa məlumat tələb etmirlər...  

Taksi şirkətləri ilə iclasda başqa mövzular də müzakirə olunub. Qeyd olunub ki, taksi minik avtomobilləri yalnız  3 müvafiq rəngdə olmalı, nəqliyyat vasitəsinin salonunda sürücü və daşınma tarifi haqqında məlumat lövhələri də yerləşdirilməlidir.

Sonda taksi şirkətlərinə qısa müddət ərzində qeyd olunan çatışmazlıqları aradan qaldırmaq və fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil etmək tövsiyyə olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Xarici taksi şirkətləri cəsusluq edir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ