Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2019 09:45
Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 21-də 62,76 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,23 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 61,05 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,09 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 54,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,87 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 58,86 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,61 dollar/barel azdır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin