Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ərdoğan 13-cü prezidentimiz olmalıdır''

''Ərdoğan 13-cü prezidentimiz olmalıdır''

Tarix: 23 May 2023 17:02

Rəcəb Tayyib Ərdoğan Türkiyənin 13-cü prezidenti olmalıdır.

Sonxeber.net TurkicWorld-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Devlet Bahçeli zəlzələ bölgəsində çıxışı zamanı deyib.

O, həmçinin qeyd edib ki, 28 may tarixi Türkiyədə çoxpartiyalı idarəetmə sisteminin başlanğıcı olacaq.

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəyə başçılıq etdiyi dövrdə istiqrar bərpa edilib, Türkiyə regionda ən güclü dövlətlərdən birinə çevrilib, terrorla mübarizə aparılıb, Türkiyə istər sosial, istər iqtisadi baxımdan güclənib", - deyə o vurğulayıb.

MHP rəhbəri onu da qeyd edib ki, 14 may tarixində əldə edilən uğuru yarıda qoymamaq üçün hər kəs 28 may tarixində səsvermədə iştirak etməlidir və Qərb dövlətləri, terror təşkilatları ilə əməkdaşlıq edənlərin hakimiyyətə gəlməsinə imkan verilməməlidir.

Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.


Etiketlər:  Ərdoğan prezidentimiz olmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ