Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident Kəlbəcər şəhərində məktəb binasının təməlini qoyub - FOTO

Prezident Kəlbəcər şəhərində məktəb binasının təməlini qoyub - FOTO

Tarix: 27 May 2023 20:45

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcər şəhərində 960 şagird yerlik məktəb binasının təməlqoyma mərasimində iştirak edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verdi.

Bildirildi ki, işğaldan azad olunmuş ərazilərin bərpası prosesində müasir təhsil infrastrukturunun qurulmasına xüsusi diqqət yetirilir. Kəlbəcərdə təməli qoyulan məktəb binası ən müasir standartlara uyğun inşa olunacaq.

Qeyd edildi ki, 41 sinifdən ibarət olacaq məktəb binasında fizika, kimya, biologiya, informatika kabinetləri, müxtəlif təyinatlı səkkiz laboratoriya, akt və idman zalları, yeməkxana və digər zəruri otaqlar yaradılacaq.

Dövlətimizin başçısı Kəlbəcər şəhərində 960 şagird yerlik məktəb binasının təməlini qoydu.

Milli.Az


Etiketlər:  Prezident Kəlbəcər şəhərində məktəb binasının təməlini qoyub FOTO


RƏYLƏR