Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2023 14:03
Azərbaycan Prezidenti İlham Əliyev Qarabağdakı erməni "məmurlar"a hansı hallarda güzəşt oluna biləcəyini açıqlayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı bu barədə mayın 28-dı Laçında bu rayondan olan sakinlərlə görüşdə danışıb.
O qeyd edib: "Hər kəs yaxşı bilir ki, bu gün o bölgədə (Qarabağ - red.) istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə "parlament" buraxılmalıdır, özünü "prezident" adlandıran ünsür təslim olmalıdır, bütün "nazirlər", "deputatlar" və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər".