Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2023 15:35
"Həyatda elə şeylər var ki, bağışlanmır. Bəzən deyirlər ki, Allah bağışlayandı. ... Elə adamam ki, dilimdə deyə bilmərəm səni bağışladım. Ürəyimdə bağışlamıramsa, dilimə gətirə bilmərəm. Mümkün deyil".
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev "Zaurla Günaydın" verilişində deyib. Zaur adını açıqlamadığı bir şəxslə bağlı sərt sözlər söyləyib:
"Həyatda bağışlamayacağım insanlar var. Qoy, buna görə Allah məni cəhənnəmə göndərsin. Həyatı boyu bağışlamayacağam. Şər, böhtan, ləkə, qarayaxma, haqq yemək... Təəssüf edirəm. Yerlə göy birləşə, dünya aləm bir-birinə dəyə mümkün deyil. Həyatda güzəştə getməyi bacaranam. Güzəştə gedirəm, susuram, dayanıram, səbrimi basıram. Allah mənə səbr verib. Amma güzəştə getmək başqa, bağışlamamaq bir başqa. Allah məni cəzalandırsın, ancaq mümkün deyil".