Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrail Prezidenti İshaq Hersoq Azərbaycana rəsmi səfərə gəlib

İsrail Prezidenti İshaq Hersoq Azərbaycana rəsmi səfərə gəlib

Tarix: 30 May 2023 10:27

İsrail Dövlətinin Prezidenti İsxaq Hersoq mayın 30-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İsrail Prezidenti İsxaq Hersoqu və xanımı Mixal Hersoqu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.

Milli.Az


Etiketlər:  İsrail Prezidenti İshaq Hersoq Azərbaycana rəsmi səfərə gəlib


RƏYLƏR