Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2023 16:30
Kinorejissor, aktyor Kənan MM (Mahmudov) böyrəyini satdığını bildirib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, o öz sosial şəbəkə hesabında paylaşım edərək, mədəniyyət nazirinə müraciət edərək, film çəkmək üçün böyrəyini satdığını bildirib.
"Hörmətli, mədəniyyət naziri, böyrəyimi satıram. Film çəkəcəm. Qarabağın azadlığı haqqında. Sizdən pul istəmirəm. Sadəcə orda birdən tanıdıqlarınızdan kiməsə böyrək lazım olar. Bu arada içmirəm, çəkmirəm, mal təmiz maldır",- deyə o bildirib.