Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2023 21:04
Türkiyənin Samsun şəhərində dəhşətli hadisə baş verib.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, taksi sürücüsü ilə iki qardaş arasında küçənin ortasında bıçaq və çubuqla başlayan dava qətllə nəticələnib.
Hər kəsin gözü qarşısında baş verən hadisədə taksi sürücüsü tərəfindən bıçaqlanan 2 uşaq atası olan gənc həyatını itirib.
Özəl xəstəxanaya aparılan Emin K.-ni bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb. Onun qardaşı Y.K.-nin isə yüngül xəsarət aldığı öyrənilib.
Polis tərəfindən saxlanılan taksi sürücüsü C.D. də çubuqla döyülməsi nəticəsində yaralanıb. Taksi sürücüsü də xəstəxanada müalicə olunduqdan sonra ifadəsi alınmaq üçün Samsun Polis İdarəsinə aparılıb.