Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanla Əfqanıstan arasında nəqliyyat layihələri müzakirə olunub

Azərbaycanla Əfqanıstan arasında nəqliyyat layihələri müzakirə olunub

Tarix: 23 Oktyabr 2019 20:09

Bakı. Trend:

Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Əfqanıstanın Milli Təhlükəsizlik müşaviri Həmdullah Mohib ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan-Əfqanıstan münasibətlərinin cari inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.

Əfqanıstan rəsmisi ölkəsində cərəyan edən son proseslər haqqında məlumat verib. Bu xüsusda, Azərbaycanın ikitərəfli və çoxtərəfli əsaslarda Əfqanıstana göstərdiyi dəstəyin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Tərəflər regionda həyata keçirilən Lapis-Lazuli və TAPİ kimi irimiqyaslı nəqliyyat və enerji dəhlizləri layihələrinə toxunaraq, sözügedən təşəbbüslərin regional əməkdaşlığa xidmət etdiyini vurğulayıblar.

Habelə tərəflər arasında qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanla Əfqanıstan arasında nəqliyyat layihələri müzakirə olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ