Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2023 16:30
Fransalı futbolçu Kərim Benzema Səudiyyə Ərəbistanı klubu "Əl-İttihad"la müqavilə imzalayıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano tviter səhifəsi vasitəsilə paylaşım edib.
Onun sözlərinə görə, İspaniyanın "Real Madrid" klubundan ayrılan 36 yaşlı hücumçu ərəblərlə keçidin bütün detallarını razılaşdırıb. Fransa millisinin sabiq üzvünün yeni komandası ilə 2 illik müqavilə imzaladığı vurğulanıb.
Qeyd edək ki, Kərim Benzema 2009-cu ildən bəri "Real Madrid"in formasını geyinib.