Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2023 22:50
Əslən azərbaycanlı olan türkiyəli aktyor Tamer Karadağlı xəyanət səbəbilə dağılan ailəsindən, keçmiş həyat yoldaşından və qızı Zeynodan bəhs edib.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, məşhur aktyor 2002-ci ildə aktrisa Arzu Balkan ilə ailə qurub, 5 il sonra boşanbılar.
Yaşadığı heç bir şey üçün peşman olmadığını deyən Tamer xəyanətin cəzasını ağır çəkdiyini bildirib.
56 yaşlı aktyor bildirib ki, qızları Zeynonun boşanmalarından əziyyət çəkməməsi üçün keçmiş arvadı ilə qonşu kimi yaşamağa qərar verib. Arzu Balkan onun qonşuluğundakı evə köçüb.
"Zeynonun 16 yaşı var. O da əziyyət çəkdi. Amma qızımızın bu hadisəni travma almadan adlada bilməsi üçün əlimizdən gələni etdik. Arzu məndən hesab sordu, həqiqəti dedim və boşandıq. O ağıllı qadındır. Qızımın anası olaraq ona böyük hörmətim var", deyən aktyor keçmiş xanımı ərə gedərsə, bunu anlayışla qarşılayacağını bildirib.
"Biz 16 ildir boşanmışıq. Evlənmək Arzunun haqqıdır. Onun seçimlərinə hörmətlə yanaşıram. Bir şeydən əmin olmasa addım atmaz", - aktyor qeyd edib.