Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2023 10:18
"Ermənistan azərbaycanlı əsirlərlə görüşə icazə vermir".
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki,bu barədə aprel ayında dumanlı hava şəraitində yolu azaraq Ermənistana keçmiş və orada saxlanılmış əsgərlərimizin valideynlərinə Beynəlxalq Qızıl Xaç Komitəsindən məlumat verilib.
Əsirlikdə saxlanılan Aqşin Bəbirovun anası Dürdanə Bəbirova deyir ki, Komitə onlara övladları ilə bağlı yeni bir məlumat vermir.
Əsirlikdə olan Hüseyn Axundovun anası Şəlalə Axundova da övladından xəbər ala bilmədiyini deyir.
Hərbçilərimiz barədə ətraflı məlumat almaq üçün BQXK-ya müraciət etdik. Komitədən sadəcə bildirildi ki, Aqşin Bəbirov və Hüseyn Axundovun valideynləri ilə mütəmadi olaraq əlaqə saxlanılır. Digər suallarımız isə cavablandırılmadı.
Qeyd edək ki, Azərbaycanla Ermənistan nümayəndələri arasında olan razılığa əsasən yolu azaraq qarşı tərəfə keçən şəxs maksimum iki günə qaytarılmalıdır. Lakin Ermənistan tərəfi bu razılaşmaya əməl etmir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.