Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2023 11:44
Kosova hakimiyyəti gərginliyi azaltmaq üçün polisi serblərin çoxluq təşkil etdiyi ərazilərdən geri çəkməli, sonra isə serblərin iştirak edəcəyi yeni bələdiyyə seçkiləri keçirməlidir.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Qabriel Eskobar bildirib.
O qeyd edib ki, Priştina Avropa Birliyi və Şimali Atlantika Alyansına doğru irəliləmək niyyətindədirsə, bu addımı atmalıdır:
"Əgər Kosova Avro-Atlantik inteqrasiyaya doğru irəliləmək istəyirsə, serb bələdiyyələrinin birliyini yaratmalı olacaq".