Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlham Əliyev Portuqaliya Prezidentini təbrik edib

İlham Əliyev Portuqaliya Prezidentini təbrik edib

Tarix: 10 Iyun 2023 11:21

Prezident İlham Əliyev Portuqaliya Respublikasının Prezidenti Marselu Rebelu de Souzaya təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı - Portuqaliya Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqına daim firavanlıq və rifah arzulayıram.

Milli.Az


Etiketlər:  İlham Əliyev Portuqaliya Prezidentini təbrik edib


RƏYLƏR