Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Barselona" Neymarı həyat tərzinə görə transfer etməyəcək

Tarix: 10 Iyun 2023 12:36

Fransanın PSJ klubunun braziliyalı hücumçusu Neymar İspaniyanın "Barselona" klubuna qayıtmayacaq.

Milli.Az report-a istinadən bildirir ki, "Barselona" futbolçunun həyat tərzindən utanır. Keçidi çətinləşdirən ikinci amil Neymarın tez-tez zədələnməsidir.

Bundan əlavə, "Barselona" maliyyə feyr-pleyindəki problemlər səbəbindən braziliyalının qeydiyyatdan keçə biləcəyinə heç bir zəmanət verə bilmir.

Daha əvvəl mətbuatda Neymarın transferə hazırlandığı və Premyer Liqanın bir neçə klubunun onunla maraqlandığı barədə məlumatlar yayılmışdı.

Neymar 2017-ci ildən PSJ-də çıxış edir. Forvardın klubla müqaviləsi 2025-ci ilə qədərdir. Neymar ötən mövsüm bütün turnirlərdə 29 oyuna çıxıb, 18 qol vurub, 17 məhsuldar ötürmə edib.

Milli.Az


Etiketlər:  Barselona Neymarı həyat tərzinə görə transfer etməyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ