Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Karateçimiz Yaponiyada bürünc medal qazandı

Karateçimiz Yaponiyada bürünc medal qazandı

Tarix: 12 Iyun 2023 08:04

Yaponiyanın Fukuoka şəhərində karate üzrə Premyer Liqa turnirinin üçüncü mərhələsinə yekun vurulub.

Milli.Az xəbər verir ki, Azərbaycan təmsilçisi İrina Zaretska bürünc medal qazanıb.

Turnirdə 68 kiloqram çəki dərəcəsində mübarizə aparan karateçimiz üçüncü yer uğrunda görüşdə qazaxıstanlı Venera Jahibaevadan üstün olub.

Qeyd edək ki, "Tokio-2020" Yay Olimpiya Oyunlarının gümüş medalçısı turnirin Mərakeşdə təşkil olunan əvvəlki mərhələsində qızıl medal qazanıb.

Milli.Az


Etiketlər:  Karateçimiz Yaponiyada bürünc medal qazandı


RƏYLƏR