Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana rəsmi səfərə gəlib

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana rəsmi səfərə gəlib

Tarix: 14 Iyun 2023 20:36

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 14-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşıladılar.

Milli.Az


Etiketlər:  Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana rəsmi səfərə gəlib


RƏYLƏR