Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Android” əməliyyat sistemində kritik boşluqlar aşkarlanıb

“Android” əməliyyat sistemində kritik boşluqlar aşkarlanıb

Tarix: 14 Iyun 2023 23:24

"Android" əməliyyat sistemində kritik boşluqlar (CVE-2023-21127, CVE-2023-21108, CVE-2023-21130, CVE-2022-33257, CVE-2022-40529) aşkarlanıb.

Milli.Az Elektron Təhlükəsizlik Xidmətinin məlumatına istinadən xəbər verir ki, CVE-2023-21127 boşluğu "Android Framework"də, CVE-2023-21108 və CVE-2023-21130 boşluqları isə "Android System"də uzaqdan kod icrasına imkan verir. CVE-2022-33257 və CVE-2022-40529 boşluqları "Qualcomm" qapalı mənbə komponentlərinə təsir edir.

Boşluqların uğurlu istismarı kiberdələduzun heç bir istifadəçi əlaqəsi olmadan və əlavə icra imtiyazları tələb etmədən uzaqdan kod icrasını həyata keçirməsinə səbəb ola bilər. Boşluqlar "Android" əməliyyat sisteminin 11,12 və 13 versiyalarına təsir göstərir.

Təhlükəsizlik üçün istifadəçilərə "Android" əməliyyat sistemini ən son versiyaya yeniləmələri tövsiyə olunur.

Milli.Az


Etiketlər:  Android əməliyyat sistemində kritik boşluqlar aşkarlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ