Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BŞBPİ: Qanunsuz aksiyanın qarşısını alan polislərin işdən azad olunması yalandır

BŞBPİ: Qanunsuz aksiyanın qarşısını alan polislərin işdən azad olunması yalandır

Tarix: 24 Oktyabr 2019 13:08

Bakı. Samir Əli - Trend:

Bakı şəhər Baş Polis İdarəsi Bakıda qanunsuz aksiyaya cəhdin qarşısının alınmasında iştirak edən bir qrup polis əməkdaşlarının işdən çıxarılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətindən Trend-ə bildiriblər ki, yayılan məlumatlar yalandır: "Sosial şəbəkələrdə oktyabrın 20-də bir qrup şəxsin Səbail rayonunda qanunsuz aksiya keçirmə cəhdlərinin qarşısını alınarkən xidmətə cəlb olunan polis əməkdaşının daxili işlər orqanlarından öz raportu əsasında xaric olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  BŞBPİ Qanunsuz aksiyanın qarşısını alan polislərin işdən azad olunması yalandır


RƏYLƏR