Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2023 11:30
Rusiyalı məşhur müğənni Polina Qaqarinanın vergi borcu olduğu üzə çıxıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi ötən il dövlətə 381 min rubl ödəməyib.
Bu borcun əmlak və ya gəlir vergisi olduğu isə hələlik məlum deyil.
Məhkəmə icraçıları isə bununla bağlı hələlik sənətçiyə heç bir xəbərdarlıq etməyib.
Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın Xalq artisti Alla Puqaçova, ifaçılar Alsu, Eqor Krid, "İnstasamka" və mərhum modelyer Valentin Yudaşkinin də vergi borcları olduğu üzə çıxıb.