Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur rəssam vəfat etdi - FOTO

Məşhur rəssam vəfat etdi - FOTO

Tarix: 15 Iyun 2023 12:56

"Marvel" komikslərinin rəssamı Con Romita 93 yaşında vəfat edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rəssamın oğlu Con Romita xəbər verib.

"Bunu ürək ağrısı ilə deyirəm - atam yuxuda dünyasını dəyişdi. O, mənim indiyə qədər tanıdığım ən böyük qəlbli insan idi", - deyə illüstratorun varisi sosial şəbəkə hesabında paylaşım edib.

Con Romita Bruklində çörəkçi ailəsində anadan olub. O, 1947-ci ildə Manhetten Sənaye İncəsənət Məktəbini bitirib, ABŞ ordusunda xidmət edib və 19 yaşında komikslərlə işləməyə başlayıb - rəssamın ilk materialları Eastern Color jurnalının "Famous Funnies" seriyasında dərc olunub.

1966-cı ildə illüstrator Sten Li ilə "Heyrətamiz Hörümçək adam" filmində işləməyə başlayıb. Beləliklə o, layihədə "Hörümçək adam"ın sevgilisi Meri Ceyn Uotsonun yaradıcı olub.

1972-ci ildə Romita "Marvel"in qeyri-rəsmi art direktoru olub, rəsmi olaraq bu vəzifəni bir il sonra icra etməyə başlayıb. Rəssam "Luk Keyc", "Cəzalandırıcı" və "Rosomaxa" kimi personajların yaradılmasına öz töhfəsini verib.

1996-cı ildə Romita "Marvel"dən ayrılıb və təqaüdə çıxıb.

Milli.Az


Etiketlər:  Məşhur rəssam vəfat etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ