Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Artıq həyatı planlı yaşamıram, daşlaşmışam''

''Artıq həyatı planlı yaşamıram, daşlaşmışam''

Tarix: 18 Iyun 2023 14:25

"Artıq həyatı planlı yaşamıram. Məsəl var, sən saydığını say, gör fələk nə sayır".

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni İbrahim Borçalı "Zaurla Günaydın" verilişində deyib. İki ildən çoxdur avtomobil qəzasında övladı həlak olan ifaçı ardıcıl vəfat edən dostlarını da xatırlayıb:

"Deyirik ki, bunu gələcək üçün belə edək, 5 il sonra bunu reallaşdıraq. Bəlkə 5 ay ömrün qalıb. Mən artıq daşlaşmışam. Oğlumun qırx məclisindən qayıtmışdım. Həyətə gələndə gördüm ki, mərhum Aslan Hüseynovla Səyyad Əlizadə oturub. Hər ikisi dost, amma indi yoxdurlar. Nə qəribə həyatdır. İnsan sözünün mənası unutqandır. Həyatda qonaq olduğumuzu unuduruq. İnsanın apardığı da, bu dünyada ondan qalan da adıdır. Pul, vəzifə boş şeydir".


Etiketlər:  Artıq həyatı planlı yaşamıram daşlaşmışam


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ