Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2023 08:42
Rusiya indi öz cəmiyyətini işğal olunmuş Ukrayna ərazilərinin itirilməsinə necə hazırlayacağı ilə bağlı narahat olmalıdır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Onları indi narahat edən yeganə məsələ öz cəmiyyətini, Rusiya ictimaiyyətini hər şeyi itirəcəklərinə necə hazırlamaqdır.
Rusiya işğal etdiyi əraziləri itirəcək. Bizim işğaldan azad edilməsi istiqamətində atdığımız addımların alternativi yoxdur və olmayacaq. Ordumuz irəliləyir: mövqe-mövqe, addım-addım irəliləyirik", - o bildirib.