Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tovuzda miktoavtobus ''VAZ''la toqquşub - 2 ölü, 1 yaralı var

Tovuzda miktoavtobus ''VAZ''la toqquşub - 2 ölü, 1 yaralı var

Tarix: 24 Oktyabr 2019 16:21

Bakı. Trend:

Tovuz rayonunun Yuxarı Öysüzlü kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 23-də saat 17 radələrində Tovuz rayonunun Yuxarı Öysüzlü kəndi ərazisində kənd sakini Qədim Ağayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillə şəhər sakini S.Quliyevin idarə etdiyi “Mercedes” markalı mikroavtobus toqquşub.

Nəticədə Q.Ağayev və sərnişinlərindən həmkəndlisi İsmət Qarayev hadisə yerində ölüb, digər sərnişin isə xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Tovuzda miktoavtobus VAZla toqquşub ölü yaralı


RƏYLƏR