Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sərgən Yalçın fantastik maaş istədi - “Neftçi” razılaşmadı

Sərgən Yalçın fantastik maaş istədi - “Neftçi” razılaşmadı

Tarix: 21 Iyun 2023 18:00

"Neftçi"nin baş məşqçisi postuna əsas namizəd Sərgən Yalçın Bakıdan İstanbula yola düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onun köməkçisi Murat Şahin məlumat verib. O bildirib ki, "Neftçi" ilə bir anlaşma əldə edilməyib: "Hazırda hava limananındayıq, dönürük. İndi üçün anlaşma olmadı".

Əldə etdiyimiz məlumata görə isə, tərəflər maliyyə məsələlərində razılığa gəlməyib. Belə ki, Sərgən Yalçın "Neftçi" rəhbərliyindən illik 2 milyon dollar maaş istəyib. 

Bakı klubunun idarəçiləri isə klub büdcəsindən baş məşqçi üçün yalnız 1 milyon dollar maaş nəzərdə tutulduğunu bildirib. Rəhbərlik Sərgən Yalçını hələ də daha aşağı maaşa razı salmağa çalışır.

Milli.Az


Etiketlər:  Sərgən Yalçın fantastik maaş istədi Neftçi razılaşmadı


RƏYLƏR