Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ölkənin Baş Baytarından vətəndaşlara çağırış... - VİDEO

Ölkənin Baş Baytarından vətəndaşlara çağırış... - VİDEO

Tarix: 24 Iyun 2023 18:22

Azərbaycanın baş baytarı qurbanlıq heyvanın yaşı ilə bağlı əhaliyə çağırış etdi.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Qurban bayramında 7 aylıqdan daha yuxarı yaşda olan xırdabuynuzlu heyvanların kəsiminin həyata keçirilməsi məsləhətdir.

Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Qurban bayramı günlərində heyvan kəsimi və satışı fəaliyyətlərinə həsr olunmuş brifinqdə qeyd edib ki, bu yaşda heyvanların ətinin zülal tərkibi insan qidası üçün daha əhəmiyyətlidir:

Baş dövlət baytarlıq müfəttişi kəsimdə daha çox erkək heyvanlardan istifadə edilməsinin məqsəduyğun olduğunu nəzərə çatdırıb. Qalib Əbdüləliyev qeyd edib ki, dişi heyvanların kəsimdə istifadə edilməsi sürünün damazlıq potensialının mütəmadi olaraq zəifləməsinə, yekunda isə ölkədə qoyunçuluğun inkişafının ləngiməsinə səbəb olur.

AQTA İdarə Heyətinin sədr müavini Elina Sulyayeva isə qeyd edib ki, bu il ilk dəfə olaraq işğaldan azad edilmiş zonalarda - Zəngilan rayonunun Ağalı və Tərtər rayonunun Talış kəndində heyvan kəsimi üçün çadırlar quraşdırılıb.

Elina Sulyayeva qeyd edib ki, bayram günlərində laboratoriyalar gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Etiketlər:  Ölkənin Baş Baytarından vətəndaşlara çağırış VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ