Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermitaja mina qoyulması xəbəri yalan çıxdı - YENİLƏNİB

Ermitaja mina qoyulması xəbəri yalan çıxdı - YENİLƏNİB

Tarix: 24 Iyun 2023 22:26

Sankt-Peterburqda Dövlət Ermitaj Muzeyinə gələn ziyarətçilər muzeyin minalanması ilə bağlı məlumat təsdiqini tapmayıb.

Milli.Az xəbər verir ki, bu barədə Ermitajın mətbuat xidməti məlumat yayıb.

Yoxlama nəticəsində heç bir şübhəli əşya aşkarlanmayıb.

--------

19:14

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən "Ermitaj" muzeyinə gələn ziyarətçilər təxliyə edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə muzeyin mətbuat xidməti məlumat yayıb.

Muzeydən bildirilib ki, təxliyəyə səbəb muzeyin minalanması ilə bağlı məlumatın daxil olmasıdır.

Həmçinin əlavə olunub ki, hazırda Rusiya Milli Qvardiyanın əməkdaşları ərazidə yoxlama aparır.

Milli.Az


Etiketlər:  Ermitaja mina qoyulması xəbəri yalan çıxdı YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ