Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mehinin Göcekdəki macərası - VİDEO - FOTO

Mehinin Göcekdəki macərası - VİDEO - FOTO

Tarix: 25 Iyun 2023 05:05

Müğənni və aparıcı Mehin Hümbətova Türkiyəyə tətilə yollanıb.

Milli.Az bizim.media-ya istinadən bildrir ki,  bu barədə Mehin sosial şəbəkə hesabında məlumat verib.

Qardaş ölkənin turistik məkanlarından Fethiye ilə Dalyan arasında yerləşən kiçik tətil şəhəri Göcekə gedən Hümbətova yaxtada səmərəli, əyləncə və adrenalin dolu anlarını izləyiciləri ilə bölüşüb. Mehin ilk dəfə özünü "waterski" (su xizəyi) idman növündə sınayıb.

Müğənni bunun öhdəsindən gəlməsi üçün xeyli əziyyət çəkdiyini bildirib. Mehin, həmçinin türk dilində danışmaqda da çətinlik çəkdiyini söyləyib. İlk dəfədir ki Göcekdə olduğunu vurğulayan müğənni şəhəri çox bəyəndiyini və əsrarəngiz təbiətinə aşiq olduğunu dilə gətirib.

Milli.Az


Etiketlər:  Mehinin Göcekdəki macərası VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ