Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2023 15:50
İcbari tibbi sığortanın xidmətlər zərfi genişləndirilir.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin departament rəhbəri Hikmət İbrahimli bildirib. Onun sözlərinə görə, yeni xidmətlər zərfi təsdiq edilməsi üçün nazirlər kabinetinə göndərilib.
Hikmət İbrahimli həkim çatışmazlığı məsələsinə də münasibət bildirərək qeyd edib ki, ölkədə terapiya və cərrahi rofilli həkimlərə ehtiyac var.
Departament rəhbəri əlavə edib ki, hazırda xaricdə təhsil almış və ölkəmizə qayıtmış uzmanlar bir -neçə bölgədə fəaliyyətlərini davam etdirirlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.