Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Belçikanın qadın basketbol komandası ilk dəfə Avropa çempionu olub

Belçikanın qadın basketbol komandası ilk dəfə Avropa çempionu olub

Tarix: 26 Iyun 2023 07:24

Belçikanın qadın basketbol komandası İspaniya yığmasını məğlub edərək ilk dəfə Avropa çempionatının qalibi olub.

Milli.Az report-a istinadən xəbər verir ki, qarşılaşma Lyublyanada baş tutub.

Görüş 64:58 hesabı ilə Belçika yığmasının xeyrinə başa çatıb. Həmin gün üçüncü yer uğrunda oyunda Fransa yığması Macarıstan komandasını 82:68 hesabı ilə məğlub edib.

Belçika millisi tarixdə ilk dəfə Avropa çempionu olub, İspaniya yığması bundan əvvəl dörd dəfə turnirin qalibi adını qazanıb.

Çempionat bu il Lyublyana və Tel-Əvivdə keçirilib.

Milli.Az


Etiketlər:  Belçikanın qadın basketbol komandası ilk dəfə Avropa çempionu olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ