Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Çelsi'' Rubeni “Milan”a satdı, yeni hücumçu aldı

''Çelsi'' Rubeni “Milan”a satdı, yeni hücumçu aldı

Tarix: 1 Iyul 2023 15:06

"Milan" heyətinə yeni futbolçu cəlb edib.

Milli.Az fanat.az-a istinadən bildirir ki, A Seriyası təmsilçisi "Çelsi"dən Ruben Loftus-Çiki transfer edib.

İtaliya klubu 27 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin yayınadək müqavilə imzaladığını açıqlayıb. "Milan" bu keçidə görə 16 milyon avro ödəyib.

Ruben "Çelsi"nin yetirməsidir. O, London klubu ilə Premyer Liqa, Avropa Liqası və UEFA Super Kubokunu qazanıb.

"Çelsi" bu ayrılığın ardından "Vilyarreal"ın hücumçusu Nikolas Ceksonun transferini də açıqlayıb. 22 yaşlı seneqallı ilə 8 illik müqavilə imzalanıb. Londonlular bu transferə görə 37 milyon avro ödəyiblər.

Milli.Az


Etiketlər:  Çelsi Rubeni Milana satdı yeni hücumçu aldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ