Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2023 22:56
Britaniya monarxı III Çarlz ölkə tarixində ilk dəfə olaraq Pakistan mənşəli qadını özünə müşavir təyin edib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, yeni müşavir Karlın şəxsi katibi, yeni zelandiyalı Natan Rossa hesabat verəcək.
Bildirilir ki, bu, ağdərili britaniyalı kişilərə məxsus artıq köhnəlmiş norma çərçivələrindən kənara çıxmaq üçün kralın şüurlu cəhdidir.
Məlumata görə, 2022-ci ilin sonuna kimi kral sülaləsinin işçilərinin təxminən 10%-i etnik azlıqların nümayəndələri olub. 2025-ci ilə qədər III Çarlz onların payını 14%-ə çatdırmağı tapşırıb.