Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2019 12:48
Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin başlanması ilə bu təşkilatın fəaliyyətində yeni mərhələ başlayır.
Trend-in məlumatına görə, bunu BMT-nin Baş katibi Antonio Quterreş Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşünün iştirakçılarına müraciətində deyib.
A.Quterreş Azərbaycanı sədrliyi üzərinə götürdüyünə görə təbrik edib. O qeyd edib ki, Qoşulmama Hərəkatı BMT-nin fəaliyyətinə mühüm töhfələr verir.
Baş katib vurğulayıb ki, dünyaya elə şəbəkələr lazımdır ki, orada regional və beynəlxalq təşkilatlar birgə fəaliyyət göstərə bilsinlər: "Sabitlik münaqişələrin qarşısının alınması üçün çox vacibdir. Bu gün resurslar uğrunda rəqabət də dünyada qeyri-sabitlik yaradır. Qoşulmama Hərəkatı kimi təşkilatlar lazımdır ki, sabitliyi təmin etmək mümkün olsun".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin